Yol Polisi dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

  • Space TV
  • 19 Dekabr 2019 10:36

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov SPACE TV-ə bildirib ki, sürücülər paytaxtda dumanlı hava şəraitinin müşahidə olunmasını nəzərə almalı, sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər.

V. Əsədov bildirib ki, belə hava şəraitində görmə imkanları məhdudlaşır: “Ona görə də onlara gün ərzində yaxın vuran işıqlardan istifadə etmələri, aşağı sürət həddini seçmələri tövsiyə edirik. Yaxşı olar ki, sürücülər ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər”.

Paylaş

 Xəbəriniz olsun