Yol hərəkəti qaydalarını pozub, yük maşınının sürücüsünə hücum etdilər

  • SpaceTV
  • 4 Avqust 2020 14:01

Türkiyənin Konya şəhərində minik maşınının sürücüsü və onun sərnişinləri yük avtomobilinin sürücüsünü amansızcasına döyüblər.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, hadisə ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Yol hərəkəti qaydalarını kobud pozaraq, yük maşınını sağdan keçməyə çalışan minik avtomobilinin sürücüsü qəza şəraiti yaradıb.

Bu azmış kimi, minik avtomobilindən düşən sürücü və bir neçə sərnişini süd daşıyan yük maşınının sürücüsünə hücum edərək, onu amansızcasına döyüblər.

Paylaş

 Xəbəriniz olsun