Yol çökdü, quyu yarandı – VİDEO

  • Space TV
  • 15 Sentyabr 2020 14:04

Goranboyun Nərimanlı kənd sakinləri səhər saatlarında küçənin bir hissəsinin çökdüyünün  şahidi  olublar.  Space TV xəbər verir ki, bir neçə gün sonra həmin ərazidəböyük quyu yaranıb. Kənd  sakinləri   illər əvvəl  neft-kəşfiyyat quyularının qazıldığı kənddə belə halın baş verməsinin səbəblərinin araşdırlmasını istəyirlər.

  Sakinlərin  sözlərinə  görə,  günbəgün  dərinliyi artan quyu həm marağa səbəb olur, həm də küçənin kiçik sakinləri üçün təhlükə yaradır. Ərazidə avtomobillərin hərəkəti zamanı da həyəcanlı anlar yaşanır. Kənd sakini Pərvanə Əliyeva deyir ki, yarana biləcək problemdən sığortalanmaq üçün həmin hissəyə daş və müəyyən işarə verici əşayalar qoyub.

Goranboyun Nərimanlı kəndində  əvvəllər neft-kəşfiyyat quyuları qazıldığından yerli sakinlər meydana gələn quyunun onunla əlaqəli olduğunu  iddia edirlər. Onlar adiyyatı qurumların əraziyə baxış keçirdiyini də bildirdilər.

Goranboy rayon Nərimanlı kənd icra nümayəndəsi Nüşirəvan Əliyev bildirib ki, kəndin həmin küçəsinə baxış keçirilib. Yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə müvafiq  işlərə başlanıb.

Emin Babayev, Şamo Adıgözəlov, Space TV

Paylaş

 Xəbəriniz olsun