Yırtıcılar kəndə hücum çəkib -FOTO

  • SpaceTV
  • 25 Sentyabr 2019 11:13

Yırtıcı heyvanlar kəndlərə, həyətyanı sahələrə girərək insanlara hücum çəkib.

Bu hal son bir neçə gün ərzində dəfələrlə təkrarlanıb. Hücum nəticəsində insanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə gedən bölgə müxbirimiz Vahid Fəxri məsələ ilə bağlı ətraflı araşdırma aparıb. Araşdırmaların nəticəsinə görə;

Müxbirimiz kənd camaaatı ilə həmsöhbət olaraq, hadisənin təffərüatları barədə daha ətraflı məlumat alıb. Belə ki, kənd caamatı deyir ki, son 20 gün ərzində Kürdəmirdə yırtıcıların həyətyanı sahələrə hücumu nəticəsində xəsarət alan insanların sayı xeyli artıb. Kürdəmir RMX-nın travmatalogiya şöbəsinin müdiri Seyfulla Atamalıyevin sözlərinə görə də, təkcə sentyabr ayı ərzində bununla bağlı xəstəxanaya müraciət edənlərin sayı 7 nəfərə çatıb. Bu cür hadisələr ən çox rayonun Yenikənd, Mürtülü və Dəyirmanlı kəndlərində qeydə alınıb.

Kənd caamatı məlumat verir ki, əvvəllər yırtıcı heyvanlar daha çox əkin sahələrimizə, meşələrimizə, uzaq olan yerlərdə  baş veriridisə,  hazırda yırtıcılar insanların sıx yaşadığı ərazilərdə də həyətyanı sahələrə hücum edirlər. Nəzərə alsaq ki, azyaşlı uşaqlar həyətyanı sahələrdə oynayır, yırtıcıların hücumunun nə ilə nəticələnəcəyini adam düşünmək belə istəmir.

Hələ 2 gün öncə Yenikənd kənd sakini, 59 yaşlı Osmanova Sucayət Kərim qızı həyətyanı sahəsində işləyərkən ona yırtıcılar hücum edib və coxlu xəsarət yetirib.Onun qışqırtı səsinə köməyə gələn qonşusu, 58 yaşlı Abdullayeva Minirə Sırac qızı da yırtıcıların hücumuna məruz qalıb. Ətrafdakı insanların köməkliyi ilə hər iki qadın yırtıcıların cəngindən azad olunaraq Kürdəmir RMX-nın travmatalogiya şöbəsinə yerləşdirilib.

3 gün əvvəl isə rayonun Mürtülü kənd sakini Qədirova Ədibə Əlövsət qızı da həyətində işləyərkən yırtıcıların hücumuna məruz qalıb. Nəticədə yaralı Bakı şəhərindəki xəstəxalardan birinə yerləşdirilib və barmağı amputasiya olunub.

Mütəxəsislər bu cür hadisələrin artma səbəbi kimi yırtıcılara qarşı mübarizənin aparılmaması və onların baş sayının artmasında görürlər.

Vahid  Fəxri  Kürdəmir Space

Paylaş

 Xəbəriniz olsun