Yevlaxda yanğın, təlafət var

  • Space TV
  • 30 Dekabr 2019 16:15

Hadisə zamanı ev sahiblərindən 3 nəfəri tüstüdən zəhərlənib. Yanğın rayonun Kövər kəndində Elnur Rüstəmova məxsusu ümumi sahəsi 240 m² olan tövlədə baş verib. Alov tez bir zamanda ətrafa yayıldığından ev sahibləri mal-qaranı çıxarmağa macal tapmayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürmə birqadası alovu ram edə bilib.

Yanğın zamanı tüstü ətrafı bürüdüyündən ev sahiblərindən 3 nəfər 38 yaşlı Tahirə Rüstəmova, qızı 16 yaşlı Aişə Rüstəmli, ev sahibinin bacısı 60 yaşlı Diləzbər Rüstəmova zəhərlənib. Zərərçəkənlər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisə zamanı həyətdə olan avtomobilə də ziyan dəyib. Yanğının baş vermə səbəbləri araşdırılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun