Yevlaxda qışda üzüm dərmək mümkündür

  • Space TV
  • 28 Dekabr 2019 16:14

Tənəklər bütün yarpaqlarını töksə də, bir neçəsi meyvəsini üzərində saxlayıb. Görüntülər Yevlaxda lentə alınıb. Rayon sakini Vidadi Şöyübov ailə üzvlərinə bayram günü süfrəyə üzümü bağdan gətirəcyinə söz verib. Elə vədinə də əməl edə bilib. İxtisasca aqranom olan Vidadi kişi, yetişdirdiyi üzüm salxımlarını heç bir kimyəvi vasitədən istifadə etmədən dekabrın son günlərinə qədər saxlayıb. Xeyli əziyyət çəksədə, bağdan dərilən ağ və qara üzüm sortları elə avqustda yetişənin dadını verir.

Yevlax sakini üzüm bağlarında məhsulu bu cür saxlamağın üstün cəhətləri olduğunu deyir. Soyuducu anbarlarda saxlanan meyvələr həm dadını, həmdə çəksini itirir. Amma ağacdan dərilən üzüm daha dadlı olur.

Yevlax sakinin dekabrın son günlərinə qədər saxladığı üzümün alıcısı da az deyil. Kiloqramına 2 manatdan müştəri düşənlər olsada, Vidadi kişi məhsul az olduğundan satış etmir.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun