Yevlaxda qazinin toyu oldu

  • Space TV
  • 18 Dekabr 2019 17:26

Düşmən təxribatının qarşısını alarkən 9 dəfə yaralanan Rəcəb İbrahimov sevib-seçdiyi Tamella adlı xanımla ailə qurub. Aprel döyüşçüsünün toyu vətənpərvər şəkildə qeyd edilib. Bəy və gəlin zala daxil olarkən öncə Dədə Qorqud filmindən musiqi sonra dövlət himinimiz səsləndirilib. Aprel döyüşçüsü evinin həyətində üçrəngli bayrağımızı dalğalandırıb. Toyda Rəcəb İbrahimovun döyüş yoldaşları və şəhid Adil Adilzadənin valideynləri də iştirak edib. Şəhdilərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra “Vətən oğlu” mahnısı səsləndirilib.

Çıxış edənlər vətən uğrunda döyüşən igidlərimizlə fəxr etdiklərini bildiriblər. Qonaqlara Rəcəb İbrahimovun aprel döyüşlərindən bəhs edən video-rolik nümayiş etdirilib.

Rəcəb İbrahimova hədiyyələr və Aprel döyüşlərində göstərdiyi şücayətə görə hərbi hissənin Fəxri Fərmanı verilib. Toy mərasiminə gələnlər ona xoş arzularını çatdırıblar.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun