Yevlaxda kişi ehtiyatsızlıqdan bacısı oğlunu güllələdi

  • Space TV
  • 2 Noyabr 2020 14:19

Yevlax sakini ehtiyatsızlıqdan bacısı oğlunu güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Spacetv.az-a verilən məlumata görə, ötən gün Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində şəhər sakini E.Mahmudov pnevmatik idman tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən bacısı oğlu M.Bəkirov qarın nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilən M.Bəkirovun vəziyyəti qənaətbəxşdir.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mahmudov saxlanılıb, hadisə yerindən “Kral” markalı pnevmatik tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun