Yevlaxda karantin rejimini pozaraq toy məclisi təşkil edən şəxslər aşkarlandı

  • Space TV
  • 16 Dekabr 2020 15:18

Yevlax rayonunun Marzılı və Hacı Mahmudlu kəndlərində fərdi yaşayış evlərində toy məclisi təşkil edən şəxslər müəyyən edilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, xüsusi karantin rejimi qaydalarını pozan toy məclislərinin təşkilatçıları olan dörd nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

Paylaş

 Xəbəriniz olsun