Yevlaxda “Jiquli” camışa çırpıldı – Heyvan öldü, sərnişinlər yaralandılar

  • SpaceTV
  • 4 Noyabr 2019 11:25

Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV-in verdiyi məlumata görə, hadisə Yevlaxın Tanrıqullar kəndi ərazisində qeydə alınıb.

“VAZ-2106” markalı avtomobil qəfil qarşısına çıxan camışı vurub. Yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb.

Qəza zamanı “VAZ-2106”da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib. Qəza zamanı ağır xəsarət alan iri buynuzlu heyvan ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun