Yevlaxda güclü yanğın zamanı yol kənarında 100-ə yaxın ağac yandı.

  • Space TV
  • 8 Fevral 2020 11:24

Ötən gecə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun kənarında, Tanrıqullar və Hürüuşağı kəndlərinin  aralığında başlayan güclü yanğın 1 hektara yaxın ərazini əhatə edib. Küləyin təsirindən yanğın ətrafa yayıldığından alovu ram etmək çətinləşib. Əraziyə yanğınsöndürmə birqadası çağrılıb.

Çətnliklə də olsa yanğın söndürülüb. Hadisə zamanı ərazidə 100-ə yaxın çinar ağacı yanıb.

Yanğından zərər görən ağaclar8-10 il öncə yol kənarına əkilən çinarlardır. Uzun illərdir ağaclara qulluq edən Zaman Zeynalov belə halların baş verməməsi üçün yol kənarlarında, kol-kos olan ərazilərdə insanlara yanğınlar törətməməyi tövsüyyə edir.

Baş verən hadisəylə bağlı müvafiq qurumlar məlumatlandırılıb.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun