Yevlaxda güclü külək ağacları yola aşırdı

  • Space TV
  • 5 Fevral 2020 10:57

Gecə saatlarında güclənən külək Yevlax rayonunda bir sıra fəsadlar törədib. 

SPACE TV xəbər verir ki, təbiət hadisəsi nəticəsində Mingəçevir-Bəhramtəpə yolunun Tanrıqullar kəndindən keçən hissəsində yol kənarında olan iri gövdəli ağaclardan bir neçəsi aşıb, bəzilərinin iri budaqları sınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Sınan budaqlar yola düşsə də, avtomobillərin gediş-gəlişinə mane yaratmayıb. Sürücülər yola düşən iri budaqları kənara çıxararaq, baş verə biləcək qəzaların qarşısını alıb. 

Paylaş

 Xəbəriniz olsun