Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

  • Space TV
  • 20 İyul 2020 16:51

Evinin həyətyanı sahəsini əkin sahsinə çevirdi. Əkib, becərdi. Amma insanlara xeyir vermək üçün yox, onları zəhərləmək üçün. Söhbət Yevlax rayon sakini Xanoğlan Hacıyevdən gedir.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Xanoğlan Hacıyev saxlanıldı. Onun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çəkisi 400 kiloqramdan artıq 60 ədəd çətənə kolları və həmin ərazidə qurutmaq üçün sərdiyi 4 kiloqramdan artıq marixuana da aşkar edilərək götürüldü.  Maddi sübutlar bioloji ekspertizaya təqdim olundu.  Dindirilmə zamanı Xanoğlan Hacıyev çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Yevlax Rayon Polsi şbəsindsə  araşdırma aparılır.

Emin Babayev space tv

Paylaş

 Xəbəriniz olsun