Yevlaxda ağacəkmə aksiyası keçirilib

  • Space TV
  • 7 Mart 2020 16:18

Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması və ekoloji tarazlığın qorunması istiqamətində tövsiyə və göstərişlərinə uyğun olaraq həyata keçirilən işlər Yevlax şəhərində də davam etdirilir.

Rayon İcra Hakimiyyətindən SPACE TV -a verilən məlumata görə, 07 mart 2020-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin, Şəhər Yaşıllaşdırma Müəssisəsi və İşıqlandırma İdarəsinin kollektivləri Səməd Vurğun parkında və Səməd Vurğun küçəsi boyunca növbəti ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya zamanı 550 ədəd Eldar şamı və Xan çinar ağacları əkilib. Həmçinin əvvəl əkilən ağaclara qulluq edilib.

Burada əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub və il boyu bu ağaclara qulluq məsələləri müvafiq qurumlar tərəfindən nəzarətə alınıb.

Mövsüm ərzində Yevlax şəhərində ağacəkmə və təmizlik-abadlıqla bağlı aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Paylaş

 Xəbəriniz olsun