Araşdırmalarla müəyyən edilib ki, Yevlax rayon sakinləri Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov yaşlı qadına zor tətbiq edərək evdən 1000 manat pulu oğurlayaraq qaçıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edilen faktla əməliyyat istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin digər analoji cinayətlər törətdiyi də istisna olunmur. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə Yevlax RPŞ-yə məlumat verə bilərlər.
Emin Babayev SPACE TV