Yevlax rayon sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, qabaqcadan müəyyən olunmuş 5 hektara yaxın ərazidə 5750 ədəd müxtəlif növ ağac tingləri əkilib.
Tədbirdə musiqi ifaları və rəqs kollektivinin çıxışı tədbirə əlavə rəng qatıb. Qeyd edək ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Emin Babayev SPACE TV