Yevlax sakinindən bir kiloqrama yaxın narkotik maddə aşkarlandı – FOTO

  • Space TV
  • 8 Fevral 2021 15:04

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Yevlax sakini narkotik maddə ilə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Musax Qarayev şübhəli şəxs qismində tutularaq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman cibində satış məqsədi ilə gəzdirdiyi psixotrop maddə olan metamfetamin aşkar edilib. Davam etdirilən araşdırmalarla onun yaşadığı evə baxış keçirilib. Baxış zamanı həyətindəki qarajdan müxtəlif qablaşdırmalarda ümumi çəkisi 965 qram olan marixuana, 295 qram tiryək və 93 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Paylaş

 Xəbəriniz olsun