Yevlax sakini mübahisə zəminində bıçaqlanıb.

  • Space TV
  • 8 Fevral 2020 11:30

Yevlax sakinləri otlaq sahəsinə görə dalaşdılar. Yaralanan var.

Rayonun Aşağı Salamabad kənd sakini, 26 yaşlı  Orxan Məmmədov xırdabuynuzlu heyvanlarını kənd sakini, 31 yaşlı Elçin Hüseynova və 28 yaşlı Araz Qarayevə məxsus yonca və arpa sahələrində otarıb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə Orxan Məmmədov Araz Qarayevə 2 bıçaq xəsarəti yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun