Yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlandı

  • Space TV
  • 1 Fevral 2020 16:09

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

SPACE TV xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

MSK sədri bildirib ki, ümumilikdə, 65 min 766 yerli müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 4264-ü MSK-da qeydiyyatdan keçib, 61 502-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib”.

Eyni zamanda, Milli Məclisə seçkilərlə əlaqədar 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Paylaş

 Xəbəriniz olsun