Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı

  • SpaceTV
  • 7 Aprel 2020 13:25

“Yerli maska istehsalı müəssisəsində artıq son quraşdırma işləri aparılır. Bizim yerli istehsal maskalarımız bir həftədən sonra apteklərdə satışa çıxarılacaq”. 

SPACE TV-ın məlumatına görə, bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yerli istehsal olan maskaların qiyməti hələ müəyyənləşməyib:

“Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində maska tələbatının gündəlik 30-40 faizinin qarşılanması nəzərdə tutulur”.

S.Babayeva qeyd edib ki, müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb.

Qeyd edək ki, istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.

Paylaş

 Xəbəriniz olsun