Yerli istehsal artır – VİDEO

  • Space TV
  • 10 Sentyabr 2020 11:43

Azərbaycanın ərzaq mәhsulları ilә özünütәminetmә statistikası açıqlanıb. Ölkəmizdə bazarın yerli məhsullarla təmin edildiyi sahələrdən biri də süd və süd məhsullarının istehsalıdır. Space TV xəbər verir ki, bu bir qədər spesifik sahə olsa da, sahibkarlığın bu növünə maraq göstərənlər az deyil. Elə dövlət tərəfindən də kiçik və orta biznesin inkişafına göstərilən dəstəyin göstəricisidir ki, bazarı ərzaq məhsulları ilə təmin etmək mümkün olub. Hazırda ölkədə fəaliyyət göstərən 10-a yaxın süd və süd məhsulları istehsalçılarının hesabına idxaldan asılılıq azalıb. 2014-cü ildə bazarın 76 faizini yerli məhsullar tuturdusa, 2019-cu ildə bu rəqəm 86 faizə çatıb.

Azərbaycanda ət və ət məhsulları ilə də təminatda yerli məhsullar əsas rol oynayır. Mal ətinə olan ümumi tələbatın 86,1 faizini daxili istehsal təşkil edir. Son illərdə mal əti istehsalında azalma var. Çünki 2015-ci ildə bazarda yerli məhsulların payı 91 faizə qədər yüksəlib. Hazırda bazarda quş əti istehsalında da azalma var. Belə ki, 2014-cü ildə quş ətinə olan tələbatın 98 faizi yerli məhsullar hesabına ödənilirdisə, 2019-cu ildə bu rəqəm 74 faizə qədər azalıb. Yumurta istehsalında isə, idxaldan asılılıq tam aradan qalxıb. Hazırda bazar 100 faiz yerli yumurta ilə təmin edilir.

Ölkəmizdə  bitkiçilik məhsulları ilə də təminatda rəqəmlər kifayət qədər yüksəkdir. Rəsmi statistikaya görə, bütün növ tərəvəz bitkilərinə olan tələbat yerli məhsullar hesabına ödənir. Dənli bitkilərin istehsalında isə, hələ də ixracdan asılılıq qalmaqdadır.

Paylaş

 Xəbəriniz olsun