Yerlə yeksan olan Xocalı

  • SpaceTV
  • 26 Fevral 2020 16:38

O, məşum faciədən   28  il ötür. Bütün xocalılar kimi balacadan böyüyə hər 1 Azərbaycanlı o  dəhşətli geçəni  unuda  bilmir və  unutmayacaq da.1992-ci il fevralın 25-dən 26 – na keçən gecə  erməni qəsbkarları tərəfindən  Xocalı şəhəri yerlə yeksan edilib. Vəhşiləşmiş düşmən balacadan böyüyə, qocadan cavana heç kimə rəhm etməyib

Qan  yaddaşımız  olan  Xocalı  faciəsinin  canlı  şahidlərindəndir Mürvət Məmmədov. Həmin faciə nəticəsində Mürvətgilin ailəsinin də  bir neçə üzvü  yaralı vəziyyətdə ermənilər tərəfindən bir müddət əsir saxlanılsa da sağ qalmağı bacarmışdılar.

Həmsöhbətimiz  deyir, 1988- ci ildə ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə nəticəsində  Qərbi  Azərbaycanın  Göyçə  mahalından Xocalıya pənah gətiriblər. Qaçqınlıq həyatlarının elə ilk vaxtlarında qardaşlarından birini  ermənilər çayda boğaraq gözlərinin  qarşısında öldürüblər

Xocalıya pənah gətirən bu ailə tez bir zamanda Xocalılarla qaynayıb  qarışıb. Ancaq  burda  da  ermənilər  bu  ailənin dinc yaşamasına imkan verməyib. bütün  xocalılar  kimi  Məmmədovlar  ailəsi də  1991 ci  ilin  oktyabrından mühasirədə qalan  Xocalının  müdafiəsinə  qalxıb.

Sovet ordusunun366-cı motoatıcı alayı tərəfindən  əsir götürülən   ailə  Əsgərana  gətirilib. Ermənilər Fevralın 26-da Mürvətin 2 yaşlı qardaşının doğum günü olduğunu biləndə

Respublikanın 48  rayonuna  səpələnib  Xocalı sakinləri. Məmmədovlar ailəsi də 26 ildir Qobustan rayonunda məskunlaşıb. Ancaq tez-tez Şəhidlər Xiyabanındakı bu naməlum  məzarları ziyarətə gəlirlər.

Xatırladaq ki, 28 il əvvəl baş verən qanlı günlərdə  1275 xocalılı əsir , 150 xocalılı  isə  itkin  düşüb. Erməni  qəsbkarları  tərəfindən  törədilən  Xocalı faciəsi qeyri insani  cəza  üsullarına  görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olub.

RƏŞAD VƏKİLOĞLU SPACE  

Paylaş

 Xəbəriniz olsun