Yerkökü

  • SpaceTV
  • 4 Oktyabr 2019 19:08

Yerköküdən həm müxtəlif yeməklərin, həm də şirələrin  hazırnamasında geniş istifadə olunur.Elə buna görə də, ölkəmizdə bu məhsula təlabat daha çoxdur. Bu səbəbdən Qərb bölgəsi ilə yanaşı son zamanlar Cənub zonasında Cəlilabadda da yerkökü əkininə maraq artıb.

Cənub bölgəsində ilk dəfə geniş yerkökü təsərrüfatı 3 il əvvəl Cəlilabadın Üçtəpə kəndində yaradılsa da burada məhsuldar növlər bu il əkilib.Fermer Cəlal Əhmədov birinci il təcürbə məqsədi ilə bir neçə hektar sahədə yerkökü əksə də sonradan təsərrüftını 14 hektara qədə genişləndirib.Uzun illərdir bu tərəvəzin satışı ilə məşğul olan Təsərrüfat sahibi əkindən öncə bu sahəni lazımınca tədiq edib, İranda  olaraq oradakı fermerlərin təcürbəsi ilə yaxından tanış olub.

İyul ayında əkilmiş yerkökü sahəsi damlama sistemi ilə suvarılır.Bu üsul vastəsi ilə bitkiyə lazımı mineral gübrələr, yemləmələr və suvarma suyunu daha səmərəli şəkildə çatdırmaq mükündür.Ukraynadan gətirilmiş  toxumlar Fransa, Yaponiya, İsrail və Hollandiyada əkilən, yükəsk məhsuldarlığı və xəstəliklərə qarşı dözümlülüyü ilə seçilən sortlardır.

Ötən il bir hektar yerkökü sahəsi 35 tona yaxın məhsul verib. Lakin bu il yeni aqrotexniki qulluq hesabına məhsuldarlıq 80 faizə kimi yüksəldəcəyi gözlənir. Noyabr ayında yığımna başlanacaq məhsul daxili bazarlarda satışa çıxarılacaq.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun