Yerevanda tibb bacısı koronavirusa yoluxdu

  • SpaceTV
  • 19 Mart 2020 15:10

Yerevandakı Yoluxucu Xəstəliklər Xəstəxanasında tibb bacısı koronavirusa yoluxub.

“RİA Novosti” yazır ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan “Facebook”da açıqlama verib.

“Koronavirusa yoluxanlardan biri peşə vəzifələrini Yoluxucu Xəstəliklər Xəstəxanasında yerinə yetirən tibb bacısıdır. O, xəstəxanaya yerləşdirilib, səhhəti qənaətbəxşdir və onda pnevmaniya aşkar edilməyib”, – deyə nazir yazıb.

Paylaş

 Xəbəriniz olsun