Yerevanda qəza: 4 nəfər ölüb

  • Space TV
  • 6 Noyabr 2020 10:30

Yerevanın mərkəzində yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.

Spacetv.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, qəza zaman yanğın da baş verib.

Məlumata görə, qəza “Opel Corsa”, “Suzuki SX4” və “Mercedes E124” markalı minik avtomobillərinin toqquşması nəticəsində yaranıb.

Paylaş

 Xəbəriniz olsun