Yerevanda güclü partlayış: Xəsarət alanlar var

  • Space TV
  • 26 Avqust 2020 11:13

Bu gün səhər saatlarında Ermənistanın paytaxtı Yerevanda yaşayış evində güclü partlayış baş verib.

Spacetv.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan partlayış nəticəsində bir kişi və bir qadının xəsarət alaraq, xəstəxanaya yerləşdirildiyini bildirib.

Həkimlər hər iki şəxsin vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Partlayışın səbəbləri barədə hələlik məlumat verilmir.

Paylaş

 Xəbəriniz olsun