Yerevanda etirazçılar yolu bağlayıb, onlarla aksiyaçı saxlanılıb

  • SpaceTV
  • 20 Noyabr 2020 15:42

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Yerevanın iki prospektini bağlayıblar.

Spacetv.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, polis yolu açmağa cəhd göstərir. Aksiyanı dağıtmaq üçün hərbi bölmələr də cəlb edilib. Onlarla aksiyaçı hadisə yerindən polis şöbəsinə aparılıb. Onların arasında Ermənistan parlamenti aparatının keçmiş rəhbəri Ara Saqatelyan, separatçıların nümayəndəsi Tiqran Abramyan, keçmiş deputat Miqran Akopyan və başqaları da var. Etirazçılar küçələri avtomobillərlə bağlayıblar. Polis əməkdaşları evakuatorların yardımı ilə yolu açmağa başlayıb.

Paylaş

 Xəbəriniz olsun