Yerevanda etirazçılar mitinqə hazırlaşır

  • Space TV
  • 9 Dekabr 2020 16:09

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edənlər Yerevanın müxtəlif rayonlarından parlamentin binasının qarşısına doğru yürüş edirlər.

Spacetv.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, parlamentin binası qarşısında dekabrın 9-u yerli vaxtla saat 16:00-da “Vətəni xilas edək” hərəkatının etiraz aksiyası keçiriləcək.

Məlumata görə, gündüz saatlarında hərəkatçılar Yerevanın müxtəlif küçələrini bağlamağa cəhd göstəriblər. Polis idarəsindən bildirilib ki, dekabrın 8-də yüzdən çox aksiya iştirakçısı saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun