Yerevanda etiraz dalğası, meriya 10 gün vaxt istədi

  • Space TV
  • 10 Fevral 2020 16:35

Bu gün səhər saatlarından başlayaraq, Ermənistanın paytaxtı Yerevanda marşrut taksi sürücüləri etiraz aksiyası keçiriblər.

News.am saytı xəbər verir ki, sürücülər əmək şəraitlərinin yaxşılaşdırılmasını, işlərinə görə əlavə mükafat təyin olunmasını, vergidən və gömrük rüsumundan azad edilmələrini tələb edirlər.

“İnsanlar təəccüblənərək bu şərtlər altında necə işlədiyimizi soruşurlar. Qaz bahalaşıb, avtomobillərimiz köhnə, ehtiyat hissələri isə bahadır”, – deyə sürücülər bildiriblər.

Aksiyanın keçirildiyi əraziyə Yerevan meriyasının Nəqliyyat İdarəsinin rəisi gəlib. O, şikayətlərə baxılması üçün 10 gün vaxt istəyib. Nümayişçilər tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyasını bərpa edəcəklərini bildiriblər.

Paylaş

 Xəbəriniz olsun