Yerevan sakininin evində 43 ədəd avtomat aşkarlanıb

  • Space TV
  • 15 Yanvar 2021 12:48

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Qarabağ bölgəsində Ermənistan ordusunda könüllü döyüşən Yerevan sakini S.B. qanunsuz olaraq odlu silah əldə etdiyi üçün saxlayıb.

Spacetv.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində cinayət işi başlanıb.

Axtarış nəticəsində yaşadığı mənzildən 43 ədəd “Kalaşnikov” avtomatı, 7,62 mm çaplı güllə, 23 ədəd 5,45 çaplı güllə, xəncər, tapança qabı, ov tüfəngi, bir qumbara, ov tüfəngi üçün pul və başqa sursatlar aşkarlanıb.

Bildirilib ki, saxlanılan şəxs həmin avtomatların birini müxtəlif adamlara 500-600 ABŞ dollarına satmağı razılaşdırıb.

Paylaş

 Xəbəriniz olsun