Yeniyetmələrdən əxlaqsız videolar tələb edən tanınmış aktyoru 30 ilə qədər həbs cəzası gözləyir

  • SpaceTV
  • 19 Sentyabr 2020 10:06

Dünyaca məşhur “Cheer” filmində rol alan aktyor Jerry Harris ABŞ-ın Çikaqo ştatında həbs edilib.

Spacetv.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, aktyor yetkinlik yaşına çatmayan şəxslərdən ədəbsiz video çəkiliş tələb etmək ittihamı ilə həbs edilib.

Prokurorluğun iddiasına əsaəsn, 21 yaşlı J. Harris sosial şəbəkələrdə yeniyetmə oğlanlarla əlaqə quraraq onlardan intim xarakterli videolar çəkib ona göndərmələrini istəyib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, məhkəmədə cinayət əməli sübuta yetirilərsə, gənc aktyoru 15 ildən 30 ilədək həbs cəzası gözləyir.

İş Federal Təhqiqat Bürosu (FTB) tərəfindən araşdırılır.

Paylaş

 Xəbəriniz olsun