Yeni texnikalar alınır

  • SpaceTV
  • 11 Noyabr 2019 18:05

Gəncənin mənzil-kommunal təsərrüfatının maşın bazasının yenilənməsi çərçivəsində şəhərə  ilkin mərhələ kimi   26 texnika gətirlib. Onların müəyyən hissəsi xüsusi təyyitntlı texnikalardır. Yeni texnikalar ölkənin ikinci böyük şəhərinin təmizlik məsələlərinin daha səmərəli həllində istifadə ediləcək.

Bildirək ki, bu günə kimi Gəncə şəhərində kommunal məqsədlər üçün istifadə olunan texnikaların xeyli hissəsi  sovetlər dönəmində istehsal edilən maşınlar olub. Zaman gekeçdikcə bu texnikalar sıradan çıxıb və tədricən işlərin gedişinə də öz mənfi təsirini göstərib. Yeni texnikaların tətbiqi ilə Gəncə şəhərində  kommunalməsələlərin həlli asanlaşacaq. Yeni maşın və mexanizmlər  Rusiya, Belarusiya və Azərbaycan avtomobil şirkətlərinin birgə istehsalıdır. Son texlonoji tələblərə cavab verən bu maşınların sevis xidməti də yerində  təşkil olunacaq. Əlavə edək ki, 2020-ci ilə kimi daha 31 ədəd müxtəlf modifikasiyalı yeni maşınlar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat Xidmətinin  balansına veriləcək.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun