Beyləqanda döyülüb yolun kənarına atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızının ölümü ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
Naməlum şəxs və ya şəxslər tərəfindən qəddarcasına döyülən 18 yaşlı Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Aygün Quliyeva bu gün səhər saatlarında dünyasını dəyişib. Məhkəmə Tibbi ekspertiza tərəfindən müayinə olunduqdan sonra Aygün Quliyevanın meyiti ailəsinə təhvil verilib.
Mərhumun bacısı Gülnar Quliyeva sözlərinə görə bacısı döyüldüyü gecə onun yaşadığı evə gəlib. Çox ləngimədən evdən çıxıb.
Mərhumun atası və qardaşları ətraf rayonlarda çobanlıq edir. Evdə yaşayan isə yaşlı ana və müəmmalı şəkildə həyatını itirən Aygün yaşayırmış. Hazırda baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
Emin Babayev SPACE TV