Yeni tədris ilinin ilk dərs məşğələlərinin mövzuları müəyyənləşib

  • SpaceTV
  • 3 Sentyabr 2019 13:20

Azərbaycanda yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə – mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

Space TV bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon təhsil şöbələri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.

Paylaş

 Xəbəriniz olsun