Yeni təbiət hadisəsi kəşf edildi

  • SpaceTV
  • 22 Oktyabr 2019 18:19

Alimlər son dərəcə güclü və yaratdıqları enerji ilə okeanlarda zəlzələ yaradan ‘fırtına zəlzələsi’ olaraq adlandırdıqları yeni bir təbiət hadisəsi kəşf ediblər.

SPACE TV xəbər verir ki, geofizik Katerina Hedlin fırtlna zəlzələlərini qitə boyunca səyahət edə bilən, fırtınaların səbəb olduğu seysmik hadisə kimi ifadə edib. Seysmoloji Araşdırmalar İnsititundan geoloq Vendi Bohon təbiət hadisəsi ilə bağlı bunları deyib:

“Fırtınalar zamanı meydana gələn böyük okean dalğaları ilə şəkillənən dənizin forması və batimetriyası haqqında müəyyən şeylər bilirik. Fırtına zamanı bir növ enerji yığını meydana gəlir və bu dalğalar seysmik ölçü cihazından istifadə etməklə ölçülə bilir”.

Qeyd edək ki, “fırtına zəlzələləri” adlandırılan bu təbiət hadisələri havadan gələn səs dalğalarını müəyyən etmək üçün yaradılan cihaz vasitəsi ilə təsadüfən aşkar olunub.

Paylaş

 Xəbəriniz olsun