Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya xəttlərinin yenilənməsi istiqamətində layihələrin icrası davam etdirilir.
Layihə ərazidə müşahidə edilən torpaq sürüşmələrinin qarşısının alınması istiqamətində həyata keçirilir. Ərazidə içməli su təchizatı əhali tərəfindən kustar üsullarla yaradılmış şəbəkələr hesabına aparıldı. Burada yaşayanlar içməli su ilə fasiləli rejimdə təmin edilirdi.
Ərazidə tullantı sularının axıdılmasında da problemlər yaranırdı. Çünki əksər hissələrdə kanalizasiya şəbəkəsi yox idi. Buna görə də tullantı suları açıq kanallara axıdılırdı. Bu da ərazidə torpaq sürüşmələrini sürətləndirirdi. Əraziyə yeni kanalizasiya xətləri də çəkiləcək.
Yeni kanalizasiya xəttlərinin çəkilməsi ilə tullantı sularının axıdılması təmin ediləcək.Ərazidə yaranan tullantı suları Salyan şossesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdakı Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək.
İşlər tam yekunlaşdıqdan sonra 12 mindən insanın yaşadığı ərazidə içməli su təchizatı və kanalizasiya sistemi yaxşılaşacaq. Onu da qeyd edək ki, hazırda Bibiheybət və 20-ci sahədə də içməli su və kanalizasiya xəttləri yenilənir.
Orxan Şükür SPACE TV