Yeni qurğular istehsal olunacaq

  • SpaceTV
  • 19 Avqust 2019 12:27

Yaponiya kosmosa digər peykləri məhv edən qurğular göndərəcək. Bunun üçün Yaponiya höküməti digər ölkələrin peyklərini sıradan çıxaran kosmik qurğular istehsal etmək niyyətindədir. Bu barədə rəsmi qərar gələn il veriləcək, peyklərin buraxılışı isə bir necə ildən sonraya nəzərdə tutulub.

Kəşfiyyat peyklərinə malik olan Yaponiya onların digər ölkələrin peyklərindən müdafiə olunmasını düşünür. “Terminator-peyk”lərin buraxılmasını Çində digər peykləri məhv edən kosmik qurğuların tədqiqatına cavab addımı kimi qiymətləndirmək olar. Bu arada isə bildirək ki, Yaponiya Milli Tədqiqatlar İnstitutu okeanın dərinliklərinə yayılaraq ekosistemə mənfi təsir göstərən plastik tullantıların tədqiqi ilə bağlı böyük elmi layihəyə başlayacaq. Yaponiya Dəniz Geoloji Elmlər və Texnologiyalar Agentliyi bu məqsədlə apreldə xüsusi qrup yaradıb. Bildirilir ki, üç həftəlik dövrü əhatə edəcək layihəyə avqustun 28-də start veriləcək. Layihə Tokionun cənubunda yerləşən Saqami körfəzində və Yaponiya paytaxtının şərqindəki Boso yarımadası ətrafında həyata keçiriləcək.

Alimlər dənizin 1200 metr dərinliyindən başlayaraq 9200 metr dərinliyədək suyun tərkibində mikroplastikləri və plastik çöküntünü araşdıracaqlar. Həmçinin mikroplastiklərin nə vaxtdan dənizdə toplanmasını və dəniz heyvanlarının mədəsində onları aşkarlamağın mümkünlüyünü tədqiq edəcəklər.

Paylaş

 Xəbəriniz olsun