“Yeni Müsavat”-30

  • SpaceTV
  • 8 Noyabr 2019 18:05

Bu qəzet milli azadlıq hərəkatından doğan təsislərdən biridir. Bu sözləri “ Yeni Müsavat” media qurupunun 30 illik yubiley tədbirində  qrupun təsisçisi , qəzetin baş redaktoru Rauf Arif oğlu bildirdi. O, “Yeni müsavat” –ın yeni media sahəsində atdığı uğurlardan danışdı.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirdi ki, “Yeni Müsavat” bundan sonra da Azərbaycan media tarixində öz yerini qoruyub saxlayacaq.

Daha sonraqəzetin 30 illik tarixini əks etdirən “Yeni Müsavat 30: Bir qəzetin tarixi” adlı sənədli film nümayiş olundu.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti “Yeni Müsavat” Media Qrupuna aid çap media orqanıdır. Bu qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə çapdan çıxıb. Qəzetin qurucusu indiki baş redaktor və “Yeni Müsavat” Media Qrupunun sahibi Rauf Arifoğludur.”Yeni Müsavat” qəzeti ilk illər gizli fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini qazanandan sonra, 1991-ci ilin dekabrında,  gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb.

NƏRGİZ ƏRƏSTUNQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun