Yeni marşrut xətləri açılacaq

  • SpaceTV
  • 28 Noyabr 2019 17:29

Avtobus parkının yenilənməsinə dair qoyulan tələblərə uyğun olaraq monitorinqlər aparılıb. Həmin monitorinqlər nəticəsində ən problemli və tələbatın daha çox olduğu bölgələr müəyyən olunub. Saray, Masazır  qəsəbəsindən, Xırdalan şəhərindən və Abşeron rayonundan paytaxta gələn avtobusların vəziyyəti ilə bağlı monitorinqin nəticələrinə uyğun olaraq 2020-ci ilin yanvar-fevral aylarından sözügedən ünvanlardan Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində yeni marşrut xətlərinin çəkiməsi nəzərdə tutulur. Bu sözləri “Hər gün”-ə müsahibəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Nuridə Allahyarova bildirib ki, mövcud marşrut xətlərindəki avtobus çatışmazlığı da həllini tapacaq: “569 saylı marşrut xəttli ilə bağlı Masazır qəsəbə sakinlərini narahat edən problemlər var. Oxşar problem 525 marşrut xəttində də mövcuddur. Həmin xətdəki avtobuslar yenilənəcək. Və bununla da Abşeron rayonundan, xüsusilə də Novxanı, Abşeron gənclər şəhərciyindən, məskunlaşmanın sıx olduğu yerlərdən Bakı Beynəlxalq Avtovağzal kompleksi istiqamətində yeni marşrut xətlərinin  açılışı gözlənilir.”  

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun