Yeni məktəbdə dərs

  • SpaceTV
  • 19 Sentyabr 2019 12:21

Dəniz səviyyəsindən  kilometrlərlə  yüksəkdə, sıldırım qayaların  arasında, sıx meşələrlə  əhatə olunan əsrarəngiz bir guşə… söhbət İsmayıllı rayonunun  Basqal qəsəbəsindən gedir. Daha dəqiq desək, qəsəbədə istifadəyə verilən yeni məktəb binasından.

 Təxminən 6 aya yaxın bir vaxt ərzində əsaslı yenidən qurma işləri start götürən Basqal kənd tam orta məktəbi artıq tamamilə hazır olub və məktəblilərin, kənd sakinlərinin istifadəsinə verilib. Ərazisi 204 hektar olan qəsəbədə 561 təsərrüfat yeri, ümumilikdə isə 1500-dən çox sakin qeydiyyatdadır. 2500 illik tarixi olan Basqal günü-gündən çiçəklənir və yeni abadlıq-quruculuq işləri aparılır. Xatırladaq ki, məktəbin əvvəlki tutumu 132 yerlik olub. Əsaslı təmir bir neçə ay öncə başlayıb və sürətli şəkildə davam edərək öz işini yekunlaşdırıb.

Binanın yeni quruluşu 2 mərtəbə, 4 korpusdan ibarət olmaqla, 432 yerlik nəzərdə tutulub. Məktəbin daxilində idman zalı, yeməkxana, akt zalı və müasir standartlara cavab verən sinif otaqları yer alır.     

Vahid  Fəxri  İsmayıllı Space

Paylaş

 Xəbəriniz olsun