Yeni “London taksiləri”-VİDEO

  • Space TV
  • 14 Avqust 2020 12:04

Bakı Taksi Xidmətinin  6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən yeni 100 ədəd “London taksisi”ndən 10-u fəaliyyətə  baslayıb.    Space TV-nin xəbərinə görə, bundan sonra paytaxt  küçələrində  elektrik enerjisi ilə çalışan, dizayn  və komfortu ilə  seçilən taksiləri görə biləcəyik. 130 kilometrə qədər sırf elektriklə çalışmaq imkanı olan   bu taksilər vətəndaşların rahatlığını təmin etməklə yanaşı, ətraf mühitin çirklənməsini qarşısını almaq baxımından da faydalıdır.

Yeni gətirilən taksilərin bir üstünlüyü də  “Android” sistemi ilə təchiz edilməsidir. Bu isə sürücülər üçün geniş imkanlar açır.

Yeni taksiləri  digərlərindən fərqli edən bir səbəb də burada smart texnologiyaların geniş tətbiq edilməsidir. Bu isə  həm sürücü, həm də sərnişinlərin təhlükəsizliyi deməkdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür .

Bakı Taksi Xidmətinin direktoru  Fuad Əliyev taksilərdə  gediş haqqının  bazarın tələbatına uyğun olaraq tənzimləndiyini bilidirib.

Paylaş

 Xəbəriniz olsun