Yeni lokomotiv deposu tikilir

  • SpaceTV
  • 23 Oktyabr 2019 14:19

Ölkənin dəmir yolu sisteminin ana xətti olan Gəncə istiqamətində texniki xidmətin ən müasir səviyyəyə qaldırılması məqsədilə burada yeni   Lokomotiv deposunun tikintisi üçün 6,6 hektar sahə ayrılıb. Zazalı və Gəncəçay stansiyalarının arasında inşa olunan depo lokomotivlərin texniki vəziyyətinin lazımi səviyyədə saxlanılması və mütəmadi olaraq profilaktik baxışların həyata keçirilməsini təmin edəcək. Tikinti Azərbaycan Dəmir Yolları QSC-nin sifarişi və Fransanın İnkşaf Agentliyinin maliyyə dəstəyi ilə aparılır. Layihə çərçivəsində ərazidə əsas təmir binasının və 2 mərtəbəli inzibati binanın, eləcə də transformator məntəqəsinin və digər yardımçı şəbəkələrin tikintisi aparılır.

Bildirək ki,  yeni depo Azəbaycan dəmir yollarında yükdaşımanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edəcək. Yeni lokomotiv deposunun imkanları olduqca geniş olacaq.Burada əsasən Bakı-Tbilisi-Qars dəmir yolunda işləyəcək yeni model  qaratlarını təmiri aparılacaq. Bu deponun texniki imkanları həm də buarada köhnə model elektrik qatarlarının, dizellə işləyən teplovozların və digər sərnişin qatarlarını təmiri və baxışına imkan verəcək.

Bildirək ki, layihə çərçivəsində iki hissədən ibarət yeni dəmiryolu xətti çəkilir. Dəmiryolu xəttlərindən  1850 (min səkkiz yüz əlli) metri ballast, 1550 (min beş yüz əlli) metri isə beton yol üzərində olacaq. Artıq bu dəmiryol xəttinin 1283min iki yüz səksən üç)  metri çəkilib. Lokomotiv Deposu ən müasir tələblərə cab verəcək şəkildə beynalxalq standartlar çərçivəsində inşa olunur. Obyektin  gələn ilin birinci kvatralında yekunlaşacağı nəzərdə tutulur.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun