Yeni investisiya qanunu hazırlanır – VİDEO

  • Space TV
  • 28 Avqust 2020 16:23

“İqtisadiyyat Nazirliyi tərəfindən yeni investisiya qanunu üzərində iş gedir və tamamlanmaq üzrədir”. Bu sözləri spacetv.az saytına açıqlama verən AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi sahədə aparılan ciddi islahatlar nəticəsində dünya reytinqlərində nüfuzlu yerlərə sahib olub: ““Doing Business” reytinqinə görə 2020-ci ildə Azərbaycan dünya üzrə 34-cü yerdə qərarlaşıb. Bu çox yaxşı göstəricidir. Eyni zamanda digər sahələrdə investorların qorunması üzrə müqavilələrin icrası üzrə “Doing Business” reytinqində Azərbaycan yüksək yerlərdədir. 2019-cu ildə Azərbaycana 4 milyard ABŞ dollarından artıq birbaşa xarici investisya cəlb olunub. Bunlardan 3 milyardı neft və qaz sektoruna, 1 milyardı isə qeyri-neft sektoruna cəlb olunub”.

Yusif Abdullayev bildirib ki, 2020-ci ildə pandemiya planları dəyişdirib:  “2020-ci ildə pandemiyanın cərəyan etməsi hədəflədiyimiz müəyyən planları və görmək istədiyimiz rəqəmləri tam olaraq əks etdirmir. Yenə də bu istiqamətlərdə çox ciddi işlər gedir. İqtisadiyyat Nazirliyi yanında Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun əsas fəaliyyətlərindən biri də məhz birbaşa  xarici investisiyaların cəlb olunmasıdır. Belə ki, bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən  imzalanmış  sərəncamlar və fərmanlar çərçivəsində Beynəlxalq Maliyyə korporasiyası ilə bir yerdə 2021-ci ildən başlayaraq birbaşa xarici investisiyaların ölkəyə cəlb olunması strategiyası hazırlanıb. Yaxın zamanda bu strategiya cənab Prezident tərəfindən imzalanaraq tətbiqinə başlanılacaq”.

Yusif Abdullayev həmçinin bildirib ki,  2020-ci ilin aprel ayında post-pandemiya dövründə investisiyarın cəlbi və  inkişafı üzrə 8 prioritet sektor üzrə tədbirlər planı hazırlanıb: “Bu yaxınlarda Cənab Prezident tərəfindən həm yerli, həm də xarici investorların regionlara investisiyalar yatırması ilə bağlı çağırışı oldu. Bizim strategiyamızda da bu öz əksini tapıb. Burada təbii ki, əsas energetika sahəsində olan layihələr, enerjinin, bərpa edilən enerjinin istehsalı, logistika və tranzitdir.  Bu sahələr çox önəmlidir. Bu sahələrə birbaşa xarici intestisiyaların yatırılması prosesi həm cənab Prezident tərəfindən verilən göstərişlərdə, həm də adını çəkdiyim xarici investisiyaların təşviqi strategiyasında öz əksini tapıb. Mən vurğulamaq istəyirəm ki,  energetika sahəsində, telekommunukasiya, eyni zamanda kənd təsərrüfatı, qida sənayesi və rəqəmsal ticarət sahələrinə də ciddi yanaşmalar olacaq”.  

Əbülfət Baxşəliyev, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun