Yeni il bayramı günlərində Gürcüstanda mindən çox insan qida və alkoqollu içkilərdən zəhərlənib

  • Space TV
  • 4 Yanvar 2020 18:36

Yeni il bayramı günlərində Gürcüstanda qida və alkoqollu içkilərdən zəhərlənmə halları qeydə alınıb.

SPACE TV ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 31-dən yanvarın 3-dək Gürcüstanın təcilli tibbi yardım müəssisələrinə və xəstəxanalarına alkoqol və qida zəhərlənmələri ilə əlaqədar 1254 müraciət daxil olub. Müraciətlərdən 387-si qidadan, 844-ü isə alkoqollu içkilərdən zəhərlənmə ilə əlaqədardır. Daha 23 halda isə zəhərlənmə həm qida, həm də alkoqoldan baş verib.

Mütəxəssislər bu sayın artacağını istisna etmirlər. Bildirilir ki, bölgələrdə xalq təbabəti ilə müalicə olunanlar da var. Bayram günləri hələ davam edir.

Paylaş

 Xəbəriniz olsun