Yeni doğulan uşaq ölüb

  • Space TV
  • 9 Sentyabr 2020 16:10

  Bərdədə qeysəriyyə əməliyyatı ilə   dünyaya  gələn uşaq ölüb. Spacetv.az-ın məlumatına görə,  Bərdə rayonu, Mirzalıbəyli kənd sakini 20 yaşlı Aytac Qasımovanın   qeysəriyyə əməliyyatı  ilə  qız övladı  dünyaya  gəlib.  Yəni doğulan körpə bir neçə saatdan sonra ölüb. Həkimlərin sözlərinə görə, 30-31-ci həftəsində  doğulan uşağın çəkisi az,  ana bətnində olarkən   isə  ciddi problemləri olub.

Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun