Yeni doğulan qiz uşağı dünyasını dəyişib.

  • Space TV
  • 17 Dekabr 2019 14:08

Yeni doğulan qız uşağı ölüb.

Fakt Yevlax Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Yaşananlar rayon sakini Fəridə Xəlilovanın başına gəlib. Dekabrın 15-i saat 23 radələrində Fəridə Xəlilova qız uşağı dünyaya gətirib. Göstərilən tibbi yardımlara baxmayaraq, körpə gecə saatlarında dünyasını dəyişib. Həkimlərin sözlərinə görə körpə bətndaxili hipoksiya əlamətləri ilə doğulub. Hazırda baş verən faktla bağlı  Yevlax rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun