Yeni doğulan körpə öldü

  • Space TV
  • 25 Avqust 2020 13:49

Şamaxıda yeni dünyaya gələn körpə elə xəstəxanada dünyasını dəyişib.

Spacetv.az-ın məlumatına görə, Şamaxı şəhər sakini, 19 yaşlı Lamiyə Araz qızı Zərbəliyeva gecə saat 04:30 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində təbii doğuş yolu ilə qız övladı dünyaya gətirib. Qadının atası, Qobustan rayon sakini Araz Rüstəmovun dediyinə dörə, Lamiyənin hamiləlik dövründə problemi olmayıb. Lakin, doğuşdan yarım saat sonra tibb işçiləri körpənin vəziyyətinin qəflətən pisləşdiyini və öldüyünü bildiriblər.
Həkim Nəzakət Abdulrazaqovanın sözlərinə görə, doğuşdan əvvəl ana və uşağın vəziyyəti normal olub. Lakin doğuş zamanı qəflətən uşağın vəziyyəti pisləşib. Lazımi tədbirlər görülsə də, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda ananın vəziyyəti yaxşıdır. Qeyd edək ki, Lamiyə Zərbəliyeva ötən il Qobustandan Şamaxıya gəlin köçüb. Bu onun ilk hamiləliyi olub.

Vahid Fəxri, spacetv.az

Paylaş

 Xəbəriniz olsun