Yeni dərs ilinin əsas təhlükəsi açıqlandı: Bu, koronavirus deyil

  • Space TV
  • 26 Avqust 2020 13:38

Yeni tədris ilində uşaqlar üçün koronavirusdan çox qrip böyük təhlükə yaradır.

Spacetv.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, RF-nin keçmiş sanitar həkimi Gennadi Onişenko məlumat verib.

O bildirib ki, hətta ən intensiv ocaqlarda belə məktəblilərin həyatını təhlükəyə atmadan yeni tədris ilinə başlamaq mümkündür, çünki uşaqlar koronavirusu nisbətən rahat keçirirlər.

“Biz daha çox qripə yoluxma hallarının artmasından narahatıq, bu il onun üç yeni ştammı müəyyən olunub. Böyük ehtimalla, xəstəlik havaların soyuması və temperaturun düşməsi ilə  dövriyyəyə başlayacaq”, – deyə parlamentari xəbərdarlıq edib.

O, yeni dərs ilinin başlanğıcının normal həyata qayıtmaq üçün güclü təkan olacağını vurğulayıb. Bununla belə, infeksiyaya qarşı fərdi qorunma tədbirlərini unutmamağa, uşaqlara maska ​​taxmağı, əllərini yumağı və məsafəni qorumağı öyrətməyə çağırıb.

Paylaş

 Xəbəriniz olsun