Yeni dərs ilində yenilənən məktəblər – VİDEO

  • Space TV
  • 10 Sentyabr 2020 11:04

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binasının şagirdlərin istifadəsinə veriləcəyi  deyilirdi.  Space TV-nin xəbərinə görə, nazilikdən verilən  açıqlamada o da bilidirilir ki,  yeni tikilən   məktəblərin sayı   8,  əsaslı təmir olunanların sayı 5, modul tipli məktəblərin sayı isə 34-dür. Təmir edilən və  daha bir korpus əlavə edilən məktəblər də var ki, onlardan biri də Nizami rayonu 251 saylı  tədris ocağıdır.

Yeni dərs ilinin başlanmasına  sayılı günlər qaldı.  Dünyanı  başına  alan koronavurus pandemiyasının   hələ də tüğyan   etməsi  tədris ocaqlarının  ənənəvi qaydada fəaliyyətə başlamasına imkan verməsə də mərhələli və  onlayn şəkildə dərslərin başlanması ilə bağlı qərar ortadadır. Artıq təlim-tədris ocaqları da  yeni dərs ilinə  tam hazırdır. Köhnə məktəblər  sökülərək  yenisi ilə əvəzlənib, təmirə ehiyacı olanlar   ən müasir standartlara uyğun  qurulub. Belə məktəblərdən biri də Nizami rayonundakı 251 saylı məktəbdir.  1974 – cü ildən fəaliyyət göstərən məktəbdə 1700 şagirdin təhsil alması bu tədris ocağının işində çətinlik yaradırdı. Yeni korpusun istifadəyə verilməsi  məktəb kollektivi üçün əsl bayrama çevrilib.

Beləliklə   daha bir məktəbin tamamilə yenilənməsi təkcə müəllim və şagirdlərə bir töhfə deyil, ümumilikdə ölkəmizdə  təhsilin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Paylaş

 Xəbəriniz olsun