Yeni dərs ili başladı

  • SpaceTV
  • 16 Sentyabr 2019 11:44

Bu gün ölkənin bütün orta və ali məktəblərində dərslərə start verildi. Azərbaycanda 2019/2020-ci tədris ili başladı .

Ümumiyyətlə, yeni tədris ilində ümumitəhsil müəssisələrində 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird təhsil alacaq. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə ümumilikdə, 414 844 şagird təhsil alacaq. IX sinifdə 32 315, X sinifdə 22 795, XI sinifdə 18 896, XII sinifdə isə 198 şagird oxuyacaq.

15 sentyabr – Bilik günü münasibətilə Bərdə rayonunun təhsil ocaqlarında bayram tədbirləri keçirilib.

Rayonda yenidən əsaslı təmir edilən və uğurla fəaliyyət göstərən, rayonun qabaqcıl məktəbləri sırasında olan Bərdə şəhər 8 saylı orta məktəbdə bu gün bayram əsl əhval-ruhiyyəsi hiss olunurdu. Yeni dərs ilinin açılışında rayon ictimaiyyətinin nümayəndələri və valideynlər iştirak edib.

Çıxış edənlər pedaqoji kollektivi yeni dərs ili münasibətilə təbrik edərək onlara uğurlar diləyib.

Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri səslənib, rəqslər nümayiş olunub. Beləliklə “İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlanıb.

Qeyd edək ki, Bərdə şəhər 8 saylı məktəbdə təhsil alan şagirdlər onların valdeyinləri və müəllimlər yüksək əhval ruhiyyə ilə 15 sentyabırı qeyd ediblər.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Emin Babayev Şamo Adıgözəlov  Space Bərdə

Paylaş

 Xəbəriniz olsun